Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Türkiyə hakimiyyəti “Twitter”ə senzura tətbiq edəcək?
Türkiyənin rabitə naziri Lütfi Elvanın bəyanatına əsasən, ölkə ərazisində “Twitter” mikrobloqlar xidmətinə senzura tətbiq ediləcək. Bu haqda Türkiyənin “Hurriyet Daily News” ingilisdilli portalında xəbər dərc edilib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, xəbərə əsasən, Türkiyə hakimiyyəti və “Twitter” "pikselizasiyz" yolu ilə zərərli məzmunun “neytrallaşdırılması” ilə bağlı razılığa gəliblər.
Xatırladaq ki, bu yaxınlarda Türkiyə hakimiyyəti ölkə ərazisində “Twitter”i bloklamışdı. Lakin 12 gün sonra, aprelin 2-də Konstitusiya Məhkəməsi sözügedən xidmətin blokdan çıxarılması haqda qərar verib.
Emil Hüseynov
19/04/14 Çap et