Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC” şirkəti “Samsung Galaxy” brendinin yaradıcısını işə götürüb
“HTC” şirkəti öz “Android” məhsullarının təkmilləşdirilməsi üçün 2008-2012-ci illərdə “Samsung”un marketinq üzrə keçmiş direktoru olmuş Pol Qoldeni işə götürüb. Reklamçı “Galaxy” brendini hazırlayıb və olduqca uğurlu “The Next Big Thing” kampaniyasını keçirib.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Pol Qoldenlə üç aylıq ilkin müqavilə bağlanılıb. Tayvan şirkətinin mətbuat xidmətindən informasiyanın doğruluğunu təsdiq etsələr də, ətraflı məlumat verməyiblər.
“HTC” şirkəti artıq üçüncü rübdür ki, ardıcıl olaraq satışların azalması fonunda zərərə məruz qalır. Ehtimala görə, Pol Qoldenin reklam siyasəti Tayvan şirkətinin istehsalı olan qurğulara marağı artıracaq.
Emil Hüseynov
21/04/14 Çap et