Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron ticarətlə məşğul olan saytların reytinqi
“ComScore” şirkəti veb-ticarətlə və internet vasitəsilə mal və ya xidmətlərin satışı ilə məşğul olan aparıcı onlayn resurslarına daxil olmaların sayını qiymətləndirib.
İyun ayında elan edilmiş statistikaya əsasən “Amazon” saytları 282 milyondan çox ziyarətçi və ya təxminən 15 yaşdan yuxarı internet istifadəçilərin 20,4%-ni cəlb edə bilib. Başqa sözlə, bu veb-mağazaya şəbəkəyə (göstərilmiş yaş kateqoriyasında) girişi olan planetin hər beşinci sakini daxil olub.
“comScore” reytinqində sonrakı yeri 223,5 milyon ziyarətçi və ya 16,2% veb-auditoriya ilə (iyun ayına görə) “eBay” internet hərracı tutur. 156,8 milyon istifadəçi ilə (11,3%) Çin portal “Alibaba.com” üçlüyü tamamlayır. “Apple” saytları 134,3 milyon ziyarətçi ilə reytinqdə dördüncü olublar. Beşinci yerdə 57,8 milyon istifadəçi (4,2%) ilə “Rakuten” yapon şirkətinin resurslarıdır.
18/08/11 Çap et