Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı sahibkarlar və işgüzar dairələr Beynəlxalq Texnoloji İnkişaf Forumunda iştirak edəcəklər


2014-cü ilin 5-6 iyun tarixlərində Rusiya Federasiyasının Novosibirsk şəhərində “Texnoprom-2014” II Beynəlxalq Texnoloji İnkişaf Forumu keçiriləcək.
 
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.
 
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, “Texnoloji dəyişikliklər erası: yeni qələbələr vaxtı” mövzusuna həsr olunan forumun adı qlobal iqtisadi çağırışı əks etdirir.
 
 
Belə ki, böhrandan sonrakı dövr artıq “dəyişikliklər erası” adını alıb ki, bu termin də ilk dəfə Davos Ümumdünya İqtisadi Forumunda istifadə edilib. Təşkilat Komitəsindən bildirilib ki, “Texnoprom-2014”-də bu mövzunun qabardılması potensial struktur və texnoloji dəyişikliyin effektiv yollarının axtarışı məqsədini daşıyır.
 
Forum iştirakçıları “Qlobal dəyişiklik zəminində liderliyi necə qorumalı” sualına cavab axtaracaqlar. Beynəlxalq müzakirələr üçün geniş platformaya çevrilən forumun hədəfi altıncı texnologiya tərzinə keçidlə bağlı aktiv elmin inkişafı, texnologiyalar və layihələndirmə, texnologiya liderliyini təmin edən iqtisadiyyatın proqressiv modellərinin yaradılmasıdır.
 
Sessiyalarla davam edəcək forumda həmçinin bio və İT texnologiyalar, alternativ enerji, yeni materialların istehsalı, innovativ məhsullar və s. istiqamətlərdə müzakirələrin aparılması nəzərdə tutulur.
 
 
 
HƏQİQƏT




21/04/14    Çap et