Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” brendi tarixə qovuşur?
“Microsoft” korporasiyası bir çox insanın sevimlisi və tanınmış “Nokia” mobil brendindən imtina edib. Belə ki, proqram təminatı nəhəngi smartfon istehsalçısını “Microsoft Mobile” adlandıracaq.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Nokia” şirkətinin mobil aktivlərinin satın alınması üzrə saziş bağlandıqdan sonra (30 aprel) “Microsoft” smartfonlar üçün “Nokia” brendindən imtina edərək “Microsoft Mobile”dən istifadə edəcək.
Xatırladaq ki, “Microsoft” “Nokia”nın mobil biznesi və onun mobil patentlərinin 10 il müddətinə lisenziyalaşdırılması üçün 7,2 milyard dollar ödəyib.
Emil Hüseynov
21/04/14 Çap et