Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib


Azərbaycan Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
 
"ICTnews" xəbər xidmətinin rəsmi KİV-ə istinadən verdiyi məlumata əsasən, qərar Əmlak Məsələləri Dövlət Komitəsinin Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq verilib.
 
Qərara əsasən, "Elektron xidmət növlərinin Siyahısı"na dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icra haqqında məlumatların verilməsi, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların qeydiyyatının ləğvi, daşınmaz əmlakla bağlı  dövlət qeydiyyatının ləğvi və sənədlərin qəbulu, daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın reyestri haqqında məlumatların verilməsi üzrə elektron xidmətlər əlavə edilib.
 
 
Aynur Vəliyeva




21/04/14    Çap et