Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada dünyanın ən sürətli lifti hazırlanıb


Yaponiyanın nəhəng “Hitachi Ltd” elektrotexnika istehsalçısı dünyanın saatda 72 km sürətlə hərəkət edən ən sürətli liftini təqdim edib. Yerli “NHK” telekanalının məlumatına görə, lift 1-ci mərtəbədən 95-ci mərtəbəyə 43 saniyəyə qalxır.     

Əvvəllər ən sürətli lift 60,6 km/saat sürətlə hərəkət edən Tayvan lifti hesab edilib.
“Hitachi” mütəxəssislərinin sözlərinə görə, yüksək sürətə daha güclü mühərrik və yüngül burazlar sayəsində nail olunub.
  
Yeni qurğudan növbəti ildən Çinin Quançjou şəhərində inşası davam etdirilən və hündürlüyü 530 m təşkil edən 111 mərtəbəlik binada istifadə planlaşdırılır.  

Şirkət nümayəndəsi Tosiyuki Ononun sözlərinə görə, “Hitachi” texnologiyanı Çin bazarında (liftlərə olan dünya tələbatının 60 faizi bu ölkənin payına düşür) inkişaf etdirmək niyyətindədir, - “İTAR-TASS www.itar-tass.ru” yazır.




21/04/14    Çap et