Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DDoS” hücumların sayı bir ildə 47% artıb


Bir ildə “DDoS” hücumların sayı orta hesabla 47% artıb, həm də eyni dövrdə hücumun orta intensivliyi 133% artıb ki, bu da hakerlərin sərəncamında olan şəbəkə resurslarının artmasından xəbər verir. Bu haqda “DDoS” hücumlardan mühafizə xidməti təklif edən “Prolexic” şirkətinin son hesabatında deyilir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin hesabatına əsasən, 2014-cü ilin birinci rübündə hücumların təşkilatçıları başqaları ilə müqayisədə “Character Generator” (CHARGEN), “Network Time Protocol” (NTP) və “Domain Name System” (DNS) kimi şəbəkə protokollarından sui-istifadə ediblər. Mütəxəssislər “DDoS” hücumların təşkilində “reflection and amplification” sinfinə məxsus hücumları daha təhlükəli trend adlandırırlar, bir ildə onların yayılması 40% artıb.

“Prolexic” şirkətindən bildirilib ki, “DDoS” hücumların təxminən 25%-i KİV saytları və əyləncə saytlarına qarşı edilib.

Emil Hüseynov





21/04/14    Çap et