Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi kapital bazarları informasiya sistemlərinin yaradılması və tətbiqi üzrə tender elan edib
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi kapital bazarları informasiya sistemlərinin yaradılması və tətbiqi üzrə tender elan edib.
Tender Komissiyasından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tender Dünya Bankının “Kapital bazarlarının modernizasiyası” layihəsi çərçivəsində keçirilir.
İnformasiya sistemi 4 hissədən ibarət olmalıdır: Bakı Fond Birjası üçün ticarət platforması, Milli depozitar mərkəz (MDM) üçün klirinq və hesablaşma sistemi, MDM üçün depozitari üçün informasiya sistemi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Bakı Fond Birjası üçün bazara nəzarət sistemi.
Tenderdə iştirak etmək istəyən iddiaçılar ən azı İT biznes sahəsində 7 illik iş təcrübəsinə, kapital bazarları informasiya sistemləri ilə 5 illik iş təcrübəsinə malik olmalıdırlar, şirkətin son beş ildə illik dövriyyəsi ən azı 3,5 milyon dollar təşkil etməlidir, o cümlədən ən azı 1,65 milyon dollar həcmində aktivlərə, kredit xətlərinə və digər maliyyə vəsaitlərinə çıxışı olmalıdır. Məsləhətçilərin təklifləri bu il iyun ayının 17-dək keçiriləcək.
Tender iki mərhələdən ibarətdir, birinci mərhələdə şirkətlərin texniki təklifləri, ikinci mərhələdə isə texniki spesifikasiyası və maliyyə təklifləri qiymətləndiriləcək.
Aynur Vəliyeva
21/04/14 Çap et