Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın Hesablama Palatası kompüter parkını yeniləyir
Azərbaycan Respublikası Hesablama Palatası kompüter texnikası və ofis avadanlığının alınması üzrə açıq tender elan edib.
Tender Komissiyasından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə 130 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) mayın 2-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə iyunun 2-dək Bakı şəhəri, AZ1000, Xaqani küçəsi 33 ünvanına təqdim etməlidirlər.
Tender proseduru iyunun 3-də keçiriləcək, iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Aynur Vəliyeva
21/04/14 Çap et