Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb


Ölkə səviyyəsində İKT-yə böyük diqqət, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılan islahatlar  “Elektron Azərbaycan”ın tərkib hissəsi kimi elektron elmin formalaşması və inkişafına zəmin yaradıb.
 
Bu gün AMEA-da e-elmin elmi-nəzəri əsasları tədqiq olunur, onun şəbəkə platforması olan “AzScienceNet” elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir, elmi qurumların beynəlxalq elmi şəbəkələrlə inteqrasiyası işləri davam etdirilir.
 
 
Bu barədə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağında məlumat verib.
 
AMEA rəsmisi qeyd edib ki, 2013-cü ilin ölkədə “İKT ili” elan olunması ilə əlaqədar Elmlər Akademiyasında kompleks tədbirlər həyata keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 36 km-ə yaxın fiber-optik kabel çəkilib və bunun da nəticəsində elmi müəssisələrin 88%-nin fiber-optik xətlər vasitəsilə internetə qoşulması təmin edilib:
 
“İKT ili çərçivəsində Rəyasət Heyətinin informasiyalaşdırılması istiqamətində də zəruri işlər görülüb: əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb. Əvvəlki ildə isə bu göstərici 37 faiz təşkil edirdi”.
 
Həqiqət




22/04/14    Çap et