Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüksək Texnologiyalar Parkında “Startap Bakı”toplantısı keçiriləcək


Aprelin 26-da Yüksək Texnologiyalar Parkında “Startap Bakı”toplantısı keçiriləcək.

“Startap Azərbaycan 2014” layihəsinin təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, toplantıda “Startap Azərbaycan” layihəsi, startap müsabiqəsinin qaydaları, uğurlu milli startaplar haqqında, startap komandalarının formalaşdırılması haqqında məlumatlar veriləcək.

Toplantıda, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən elan edilən Qrant Müsabiqəsi haqqında danışılacaq.

Toplantıda startapçılar, proqramçılar, dizaynerlər və marketoloqlar, İnternet biznesə maraq göstərənlər, startap komandaları qurmaq istəyənlər, İT mütəxəssisləri iştirak edə bilərlər.
“Startap Azərbaycan 2014” layihəsinə aprelin 18-də start verilib. Layihə çərçivəsində milli startapların müsabiqəsinin, Bakı şəhərində və regionlarda startap görüşlərinin, startapçılar üçün təlimlərin, ənənəvi “Startap Azərbaycan” Milli Konfransının və startapların inkişafına kömək məqsədilə digər müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Artıq milli startapların müsabiqəsi elan olunub və hazırda “www.startup.az” resursunda qeydiyyat aparılır. Eyni zamanda, “Startap Azərbaycan” komandası İnternet biznesin inkişafına dəstək məqsədilə tədbirlərə və görüşlərə başlayıb.
 
Aynur Vəliyeva






22/04/14    Çap et