Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin həcmi artıb
Bu ilin yanvar-mart ayları ərzində muxtar respublikada 1806 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub, 1 aprel 2014-cü il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 67-yə çatıb.
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat 2014-cü ilin ilk rübü üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
2014-cü ilin ilk rübü ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövründəki göstəricini 2,4 faiz üstələyərək 11 milyon 496 min manat olub. Ümumi xidmətlərin 83,9 faizi mobil rabitə xidmətinin payına düşüb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 1,3 faiz çoxdur.
CAHANGİR
22/04/14 Çap et