Günəş batareyası ilə işləyən klaviatura
“Logitech” şirkəti qiyməti təxminən 80 avro olan “Wireless Solar Keyboard K750 for Mac” klaviaturasını təqdim edib. Yenilik “Apple” kompyuterləri ilə istifadə üçün nəzərdə tutulub. Qurğu simsiz əlaqə (2,4 QHz tezlik diapazonu istifadə olunur) vasitəsilə işləyir. Tədarük dəstinə “USB” interfeysi ilə qəbuledici-ötürücü cihaz daxil edilib. Yeniliyin qalınlığı təxminən 8,5 millimetrdir.
Klaviaturanın əsas xüsusiyyəti inteqrasiya edilmiş günəş batareyasıdır. Batareya akkumulyatoru enerji ilə doldurur, hansı ki 3 ay (istehsalçı belə iddia edir) ərzində klaviaturanı qaranlıqda enerji təchizatı ilə təmin edə bilir.
hard.compulenta.ru