Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Abunəçilərinin sayına görə lider olan şirkətin mənfəəti kəskin azaldı


Abunəçilərinin sayına görə dünyanın nəhəng mobil operatorlarından olan “China Mobile”ın mənfəəti cari ilin birinci rübündə 9,4 faiz azalaraq 25,2 milyard yuan (4,2 milyard dollar) təşkil edib. Bu barədə şirkətin məlumatında deyilir.
 
Bununla yanaşı, mobil operatorun ümumi mədaxili 7,8 faiz artaraq 154,8 milyard yuana (25,8 milyard dollar) çatıb.
 
“China Mobile”ın məlumatında qeyd olunur ki, hazırda operator öz bazar seqmentində yeni çağırışlarla, o cümlədən mobil internetin sürətli inkişafı və Çinin digər mobil rabitə operatorları tərəfindən rəqabətlə üzləşir.
 
2013-cü ildə Çinin mobil rabitə operatorunun abunəçilərinin sayı 740 milyonu ötüb. “China Mobile”ın Çin bazarında əsas rəqibləri "China Unicom” və “China Telecom” mobil rabitə operatorları hesab edilir, - “İTAR-TASS www.itar-tass.com” yazır.   
 




23/04/14    Çap et