Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Dumasının qərarı : "Xarici internet şirkətləri istifadəçilər haqda məlumatları Rusiya ərazisində yerləşən serverlərdə saxlamalıdır"


Xarici internet şirkətləri istifadəçilər haqda məlumatları Rusiya ərazisində yerləşən serverlərdə saxlamasalar, o zaman bu xidmətlərə çıxış bloklana bilər.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, xarici ani mesajlarla mübadilə və elektron poçt xidmətləri Rusiya şirkətləri ilə yanaşı, 6 ay ərzində istifadəçilərin aktivliyi haqqında məlumatların Rusiya ərazisində yerləşən serverlərdə saxlanılmasını təmin etməlidirlər.
 
Bu, Dövlət Dumasının dünən üçüncü oxunuşda qəbul etdiyi "antiterror paketi" qanununun mətnindən çıxarışdır. Ekspertlərin qiymətləndirməsinə görə, xarici şirkətlər yeni qanunun tələblərinin icrasından imtina etdikləri halda, Rusiya ərazisində onların xidmətlərinə çıxış bloklanacaq.
 
Emil Hüseynov
 




23/04/14    Çap et