Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsan kimi “düşünən” çip yaradılıb


“İBM” şirkəti süni intellektin yaradılmasına bir addım da yaxınlaşıb. Belə ki, şirkət insan beyninin fəaliyyətini imitasiya edən çip yaradıb. Eksperimental çiplər insanlar kimi informasiyanı eyni zamanda bir neçə mənbədən emal edir. Hələ ki sistemin imkanları nisbətən sadədir, lakin “İBM” şirkəti əmindir ki, gələcəkdə prosessorlar daha mürəkkəb əməliyyatlar yerinə yetirəcəklər.

Yeni çiplər əsasında hazırlanmış kompyuterlər yalnız məlumatları təhlil etməyəcək, həm də onların əsasında nəticə çıxara, yeni fərziyyələr təklif edə biləcəklər. Hələ ki 2 eksperimental çip yaradılıb və onlar hal-hazırda “İBM” laboratoriyalarında testdən keçirilirlər. Yeniliklər 45 nanometr texnoloji proses üzrə hazırlanıblar və 256 rəqəmsal neyrondan ibarətdirlər.


www.onliner.by




19/08/11    Çap et