Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə ABŞ və Rusiya daha çox veb-hücumlara məruz qalıb
"Kasperski Laboratoriyası"nın araşdırmasına əsasən, 2013-cü ilin nəticəsinə görə, ABŞ və Rusiya haker hücumlarının təxminən 45%-nin mənbəyi olub.
25.54% paya sahib ABŞ birinci, Rusiya (19.94%) isə ikinci yerdə qərarlaşıb.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, veb-hücum mənbəyi reytinqində Çin ilk onluğu tərk edərək 21-ci olub.
"Çin hakimiyyəti yerli kiberməkandan bir çox zərərli hostinqləri yığışdırmağa müvəffəq olub, eyni zamanda “.cn” zonasında domenlərin qeydiyyatı qaydalarını sərtləşdirib" – tədqiqatda deyilib.
Emil Hüseynov
23/04/14 Çap et