Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Viber” messencerinin dizaynı dəyişdirilib
"Viber" messencerinin tərtibatçısı "iOS 7" platforması üçün tətbiqin dizaynını yeniləyib. "TechCrunch" saytı yazır ki, bu, messencerdə uzun vaxt ərzində edilmiş böyük dəyişiklikdir.
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, şirkətin nümayəndəsi deyib ki, tətbiqin interfeysi tamamilə yenidən yaradılıb. Bundan başqa, "Viber 4.2" versiyasında mesaja bir neçə şəkil və ya videomesaj əlavə etmək, həmçinin bloklanmış kontakt siyahıları yaratmaq imkanı kimi funksiyalar əlavə olunub.
"Viber" messencerinin təxminən 100 milyon aktiv istifadəçisi var.
Emil Hüseynov
23/04/14 Çap et