Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maliyyə direktoru həkim olmağı “Facebook”dan üstün tutdu


“Facebook”un maliyyə direktoru Devid Ebersman 1 iyun 2014-cü il tarixindən istefaya getməyi planlaşdırır, şirkətin korporativ maliyyə və biznes-planlaşdırma üzrə vitse-prezidenti Devid Vener onun yerinə keçəcək.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Ebersman 5 il şirkətin maliyyə direktoru vəzifəsində işləyib. O, səlahiyyətlərini varisinə vermək üçün cari ilin sentyabrınadək şirkətdə qalacaq.
 
"Devid Facebook”un yaradılmasında əla tərəfdaş olub və mən ona minnətdaram. O, bizə səmərəli işləməyə kömək edib" – sosial şəbəkənin direktoru Mark Zukerberq onun istefasına münasibət bildirib. Ebersmanın sözlərinə görə, o, səhiyyə sahəsində karyerasına davam edəcək.
 
Emil Hüseynov




24/04/14    Çap et