Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda e-bank xidmətləri üzrə sammit keçiriləcək
“Softline Azerbaijan” və “NETinfoPlc” şirkətləri Bakıda e-bank xidmətlərinə həsr olunmuş sammit keçirəcəklər.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində elektron bank sahəsində ən son qlobal tendensiyalar, aparıcı təcrübə haqda məlumat alacaqlar, həmçinin “NETteller” elektron bank həllinin məhsuldarlığı haqda tam anlayış əldə edəcəklər.
Tədbirdə bank və maliyyə sahəsində çalışan internet-bank menecerləri, alternativ kanallar menecerləri, İT-menecerlər, fərdi və korporativ müştəri menecerləri, əməliyyat menecerləri və Direktorlar şurası üzvləri iştirak edəcəklər.
Aynur Vəliyeva
24/04/14 Çap et