Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Caspian Telecoms 2014” beynəlxalq konfransı işə başlayıb
Bu gün İstanbulda 13-cü Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları konfransı "Caspian Telecoms-2014" işə başlayıb.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanı bu tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbərinin müavini, professor İlham Mərdanovun müşayiəti ilə nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinin tərkibinə daxil olan "TASİM" layihəsinin rəhbəri Zaur Həsənov konfransda nazir Əli Abbasovun konfrans iştirakçılarına müraciətini səsləndirəcək və "TASİM" layihəsinin məqsədləri ilə bağlı təqdimatla çıxış edəcək.
Tədbir Xəzər, Qara Dəniz, MDB ölkələri və Türkiyənin telekommunikasiya sahəsi üçün böyük əhəmiyyət kəsb edir.
Konfrans çərçivəsində bu il regionun telekommunikasiya və informasiya texnologiyaları sahəsinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, inteqrasiya prosesləri, investisiya mühiti müzakirə ediləcək.
Stasionar və mobil rabitə xidmətləri bazarlarının ən son inkişaf tendensiyaları, İKT sahəsində mühüm tendensiyalar, "М2М", "4G", "5G", "Big date", "Bundle package services", Kibertəhlükəsizlik, IPTV texnologiyaları sahəsində yeniliklər, MDB və Xəzər ölkələri regionunda İP-tranzit xidmətlərinin inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Aynur Vəliyeva
24/04/14 Çap et