Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Facebook hakerlarin diqqət mərkəzindədir


Yapon antivirus satıcısı Trend Micro iddia edib ki, Yahoo və Microsoft şirkətlərinin veb-poçtunun istifadəçiləri də, Google Gmail xidmətinin istifadəçiləri kimi haker hücumlarının qurbanı olublar. Trend Micro-nun bloqunda Yahoo Mail və Windows Live Hotmail-ə qarşı 2 hücum hadisəsi təsvir edilib.
Bundan başqa, şirkətdə baş vermiş haker hücumu nəticəsində Facebook şəbəkəsinin müəyyən istifadəçilərinin də zərər görmələri istina edilmir.
Trend Micronun analizlərinə görə, Hakerlər Google xidmətinə etdikləri üsullarla - identifikasiya edən cookie fayllarını ələ keçirməklə Yahoo və Microsoft şirkətlərinin veb-poçtuna daxil olmağa çalışıblar. Həmçinin şirkətdən bildirilib ki, Hotmail və Yahoo Mail-ə olan hücumda hakerlərin hədəfi bir neçə Tayvanın fəallar qrupu olub.
Qeyd edək ki, Yahoo və Microsoft şirkətin "öz sistemlərinin təhlükəsizliyinə çox ciddi yanaşdığını" bildirərək Trend Micro-nun bəyanatını şərh etməyib.
Xatırladaq ki, çərşənbə günü axşam Google poçt sisteminin bir neçə yüz istifadəçisi, həmçinin yüksək vəzifəli məmurlar, siyasi fəallar və jurnalistlər haker hücumunun qurbanı olublar.
Google-dan bildiriblər ki, haker hücumunun mənbəyi Çindir.
Pekin isə rəsmi olaraq bu hücumda iştirakı təkzib edib.




05/06/11    Çap et