Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda nano və nüvə texnologiyaları daha da inkişaf etdiriləcək


Azərbaycanda yüksək texnologiyalar, o cümlədən kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyaları inkişaf etdiriləcək.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu işlərin həyata keçirilməsi Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da nəzərdə tutulur.
 
Strategiyada, həmçinin innovativ, elmi-texniki fəaliyyətin və modernləşmə proseslərinin dəstəklənməsi, dövlət siyasəti alətlərinin səmərəliliyinin artırılması, rəqabətqabiliyyətli İKT məhsul və xidmətlərinin, elmtutumlu texnologiyaların və yüksək texnoloji məhsulların istehsalının stimullaşdırılması, bu sahədə azad və şəffaf rəqabət şəraitinin inkişaf etdirilməsi, eləcə də biznes və investisiya mühitinin cəlbediciliyinin daha da artırılması, investisiyaların və intellektual mülkiyyətin qorunması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri əksini tapıb.
Bundan əlavə, İKT sənayesinin, məhsul və xidmətlərinin rəqabət və ixrac potensialının artırılmasına və qabaqcıl texnologiyaların idxalının genişləndirilməsinə əlverişli mühit yaradılması məqsədi ilə xüsusi vergi və gömrük rejimlərinin tətbiq olunması, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və onların dünya bazarlarına çıxışına dəstək verən tədbirlərin genişləndirilməsi, yeni bilik və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların, biznes inkubatorlarının və digər innovasiya strukturlarının inkişaf etdirilməsi planlaşdırılır.

Sadalananlarla yanaşı, Azərbaycanın regional informasiya xidmətləri mərkəzinə çevrilməsi və tranzit informasiya xidmətlərinin genişləndirilməsi üçün tədbirlər həyata keçiriləcək, biznes sektorunda İKT-nin tətbiqi genişləndiriləcək və internet iqtisadiyyatı, o cümlədən elektron ticarət inkişaf etdiriləcək, eyni zamanda, informasiya cəmiyyətinin inkişafına yönəldilmiş fundamental və tətbiqi elmi tədqiqatların aparılması genişləndiriləcək və İKT və yüksək texnologiyalar üzrə “start-up” layihələrinə dəstək veriləcək.
 
CAHANGİR




25/04/14    Çap et