Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Digitimes Research”: “Planşetlərin tədarükü azalıb”


"Digitimes Research" şirkəti cari ilin dördüncü rübünün yekunları üzrə dünya planşet kompüter bazarının həcmini qiymətləndirib.   

Bildirilir ki, yanvar-martda qlobal miqyasda 58,56 milyon müxtəlif əməliyyat sistemli planşet tədarük edilib ki, bu da 2013-cü ilin son rübü ilə müqayisədə təxminən 30 faiz azdır. Tələbatın azalması mövsümi amillər, eləcə də inkişaf etmiş bazarlarda məhsul bolluğu ilə izah edilir. Eyni zamanda analitiklər qeyd edirlər ki, illik hesablamada az artım müşahidə olunub. Belə ki, 2013-cü ilin birinci rübü ilə müqayisədə planşetlərin tədarük həcmi 4,6 faiz yüksəlib.

"Apple" və "Samsung" şirkətləri bazarın iki aparıcı tədarükçüsü olaraq qalsa da, onlar arasında fərq azalmağa doğru gedir. Bu, ilk növbədə "iPad" mini-planşet modelinə tələbatın azalması ilə əlaqələndirilir: "Apple"ın məlumatına görə, birinci rübdə şirkətin planşetlərinin satışı illik hesablamada 16 faiz – 19,5 milyondan 16,4 milyon ədədədək aşağı düşüb. "Digitimes Research" isə ABŞ istehsalçısının ilin ilk üç ayında 15,85 milyon ədəd "iPad" satdığını qeyd edir.

Nəhəng planşet tədarükçüləri üçlüyünə "Apple" və "Samsung" ilə yanaşı, Çinin "Lenovo" şirkəti daxildir.
 
Qeyd olunur ki, "iOS" əməliyyat sistemindən fərqli sistemlərlə təchiz edilən planşetlərə tələbat 2013-cü ilin ilk rübü ilə müqayisədə 30 faizdən çox artıb. Buna səbəb kimi "Android", eləcə də "ASUS" şirkətinin "Windows" sistemli qurğuların yaxşı satılması göstərilir, - "3DNews www.3dnews.ru" yazır. 




25/04/14    Çap et