Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan poçt rabitəsi üzrə beynəlxalq tədbirlərdə iştirak edəcək


Mayın 13-15-də Daşkənddə (Özbəkistan) Regional Rabitə Birliyinin Poçt rabitəsi üzrə komissiyasının və RRB-nin Poçt rabitəsi operatorlar şurasının 37/26-cı iclası və Ümumdünya Poçt İttifaqının “Avropa və MDB ölkələrində logistik xəttin təkmilləşdirilməsi və xidmətin keyfiyyəti” Strateji regional layihənin açılması üzrə beynəlxalq seminarlar keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, birgə iclasda ÜPİ-nın 25-ci Konqresinin qərarlarının reallaşdırılması məsələlərinin müzakirəsi,  Poçt İstismarı Şurasının sessiyasının nəticələrinə baxılması, Regional Rabitə Birliyinin Poçt rabitəsi üzrə komissiyasının və RRB-nin Poçt rabitəsi operatrolar şurasının rəhbər vəzifələrinə seçkilərin keçirilməsi nəzərdə tutulub.

Ümumdünya Poçt İttifaqının “Avropa və MDB ölkələrində logistik xəttin təkmilləşdirilməsi və xidmətin keyfiyyəti” Strateji regional layihənin açılması üzrə beynəlxalq seminarda 2009-2012-ci illərdə və 2014-2016-cı illərdə xidmətin keyfiyyəti üzrə layihələr müzakirə ediləcək logistik xətt (standartlar, istismar və hesablamalar) təqdim ediləcək.

Tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədov və Milli poçt operatoru “Azərpoçt”un mütəxəssisləri təmsil edəcək.
 
Aynur Vəliyeva




25/04/14    Çap et