Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Sosial Müdafiə Fondu daha beş elektron xidmət təqdim etməyə hazırlaşır
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu beş yeni elektron xidməti istifadəyə verməyə hazırlaşır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, fondun sədri Elman Mehdiyev jurnalistlərə bildirib ki, əhaliyə sosial sığorta vəsaitləri hesabına veriləcək müavinətlərin verilməsi prosedurlarının avtomatlaşdırılması nəzərdə tutulur.
"Ötən il təxminən 210 min vətəndaş sosial sığorta müavinətləri alıblar. Bu prosesin avtomatlaşdırılması fondun fəaliyyətinin şəffaflığını daha da artırmağa imkan verəcək. Mayın 2-də bu xidmətlərin təqdimatının keçirilməsi nəzərdə tutulub", - deyə o bildirib.
E. Mehdiyevin sözlərinə əsasən, fondun əsas məqsədi elektron xidmətlərin sayının artırılmasıdır. Təkcə ötən il ərzində DSMF-nin elektron xidmətlərindən 700 mindən çox vətəndaş yararlanıb.
A.Vəliyeva
25/04/14 Çap et