Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni material displeylərə öz formasını dəyişməyə imkan verəcək


Miçiqan Universitetinin tədqiqatçıları düşən işıqdan asılı olaraq öz formasını dəyişə bilən yeni tip material icad ediblər. Texnologiya cürbəcür formalar almaqla müxtəlif uzunluğa malik işıqlara reaksiya verən kristallardan ibarətdir. Alimlər qeyd edirlər ki, artıq yaxın gələcəkdə kəşf məqsədindən asılı olaraq öz formasını dəyişən ekranlar yaratmağa imkan verəcək.

Kristallar yarımkeçiricilərlə örtülmüş indium oksidli nazik təbəqənin üzərində xüsusi məhlulda dondurulur. Kristallar lateks rənglərin içində olanların oxşarı olsa da, onların forması elə şəklə düşür ki, müxtəlif işıqlandırma materialda müsbət və ya mənfi elektrik enerjini yaradır ki, bu da onu verilən nümunələr üzrə öz formasını dəyişməyə məcbur edir.  

Mütəxəssislər bildiriblər ki, yeni material yeni tip displeylərin yaradılması ilə yanaşı, həm də məsələn, ətraf mühitə uyğunlaşdırılan ideal kamuflyajın işlənməsinə gətirib çıxara bilər, - "Vesti www.vesti.ru" yazır. 




26/04/14    Çap et