Çində “3D” printer vasitəsilə bir sutkaya 10 ev inşa olunub
Çin şirkətinin əməkdaşları nəhəng “3D” texnologiyalı printerin köməyi ilə 24 saat ərzində on ev tikiblər. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiya binaların inşasını xeyli ucuzlaşdırır və iş müddətini azaldır.
Evlərin çap edilməsi üçün eni 10 m, hündürlüyü 6,6 m təşkil edən dörd “3D” printerdən ibarət unikal qurğu tətbiq edilir. Tikinti materialı qismində sement və dağ-mədən sənayesi tullantılarının qatışığından istifadə olunur.
“Daha çətin qatışığın tez quruması olub. Lakin indi bu məsələ həllini tapıb və biz çoxmərtəbəli evlər yaradılmasına başlaya bilərik”, - printer işçisi Ma İxe deyib. O hesab edir ki, bu texnologiya inşaatçıları təhlükəli işlərdən azad etməklə yanaşı, həm də ətraf mühiti çirkləndirməməyə imkan verəcək.
Qeyd edək ki, bu yaxınlaradək “3D” printerlər aerokosmik, tibb və avtomobil sahələrində uğurla tətbiq edilib. Tədricən belə qurğular inşaat, kulinariyada, eləcə də musiqi alətləri və geyim istehsalında tətbiq olunur, - “İTAR-TASS
www.itar-tass.com” yazır.