“Internet Explorer” brauzerində boşluq aşkar olunub
"Microsoft” korporasiyası ötən bazar günü “Internet Explorer” brauzerinin proqramında “sıfır dərəcəli boşluq” aşkar edildikdən sonra yaxın saatlarda səhvi düzəldəcəyini bəyan edib.
Məlumata görə, hakerlər artıq boşluqdan istifadə edərək ABŞ-ın bəzi şirkətlərinə hücumlar həyata keçiriblər.
Bununla belə, təhlükəsizlikdə boşluğu aradan qaldıran “Windows XP” əməliyyat sistemi "Microsoft” korporasiyası tərəfindən apreldən dəstəklənməsinin dayandırılması səbəbindən yenilənməyəcək. Lakin təhlükəsizliklə məşğul olan şirkətlər qeyd edirlər ki, dünyada kompüterlərin 15-25 faizi hələ də “Windows XP” ilə işləyir. Təhlükənin aradan qaldırılması ilə bağlı planı “Microsoft” öz saytında dərc edərək “Internet Explorer”in 6-11-ci seriyalarını təqdim edib. Bu versiyaların hamısı aşkar olunan təhlükəyə məruz qalıb.
“FireEye Inc” kibertəhlükəsizlik proqram təminatı istehsalçısı hakerlərin proqramdakı səhvdən yararlanmasını bəyan etsə də, nə hakerlər qrupunun, nə də zərərçəkən şirkətlərin adını çəkib, yalnız aparılan araşdırmaların aktiv mərhələdə olduğunu vurğulayıb. “Bu məqsədyönlü hücumlar kampaniyası, çox güman ki, ABŞ-da yerləşən və hazırda təhlükəsizlik və maliyyə sektoru ilə əlaqəli şirkətlərə qarşı yönəlib”, - “FireEye”nin nümayəndəsi Vitor De Souza deyib. Onun sözlərinə görə, hücum edənlərin məqsədi hələlik aydın olmasa da, onun geniş məlumat toplamaq məqsədi daşıması güman edilir.
“Sıfır dərəcəli boşluq” – “0day” (zero day) mühafizə mexanizmləri hazırda hazırlanmayan və ya boşluqları aradan qaldırılmayan zərərli proqramlar termindir, - “RBK
www.rbc.ru” yazır.