Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qeydiyyata alınan radioelektron vasitələrin sayı 45 mini ötüb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyatda olan radioelektron vasitələrin (REV) ümumi sayı 45049 ədəd təşkil edir.
 
İdarədən verilən məlumata görə, bu ilin yanvar, fevral və mart ayları ərzində 806 ədəd radioelektron vasitə  DRİ-də qeydiyyata alınıb.
 
Eyni zamanda, aprelin 1-i tarixinə Dövlət Radiotezliklər İdarəsində 398 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 72 istifadəçi dövlət, 268 istifadəçi kommersiya, 28 istifadəçi xarici təşkilat və 30 istifadəçi isə fiziki şəxslərdir.
 
CAHANGİR




28/04/14    Çap et