Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni “Toyota Camry” avtomobilində simsiz enerji doldurma texnologiyası tətbiq ediləcək
Yaponiyanın “Toyota” şirkəti öz avtomobillərində mobil telefonların simsiz enerji ilə doldurulması texnologiyasının tətbiqinə davam edir. Belə ki, 2015-ci ilin yayında yeni “Camry” modelində bu funksiya işə salınacaq.
“ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Camry” avtomobilində cihazın simsiz enerji ilə doldurulacağı haqda istehsalçı öz “Twitter” mikrobloqunda yazıb. “Wireless Power Consortium” konsorsiumu tərəfindən yaradılmış “Qi” protokolu əsas standart kimi seçilib. Konsorsium 100 müxtəlif şirkətdən ibarətdir.
Qeyd edək ki, “LG Nexus 4” və “Nexus 5”, “Lumia 920”, “928” və “930” smartfonlarında simsiz enerji doldurma texnologiyası dəstəklənir.
Emil Hüseynov
28/04/14 Çap et