Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şərq tərəfdaşlıq ölkələrinin elm, texnika və innovasiya sahəsində beynəlxalq əməkdaşlıq şəbəkəsinin təşkilatçılığı ilə seminar keçiriləcək
Aprelin 29-da Brüsseldə (Belçika) Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində seminar keçiriləcək. Regional və Beynəlxalq Təhsilə Dəstək Mərkəzi (CeRİSS, Yunanıstan) və Şərq tərəfdaşlıq ölkələrinin elm, texnika və innovasiya sahəsində beynəlxalq əməkdaşlıq şəbəkəsi (İncoNetEaP) tərəfindən təşkil olunmuş seminarda “İncoNet” çərçivəsində müxtəlif görüşlər keçiriləcək.
Seminarda AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin baş mütəxəssisi Firuzə Xəlilova iştirak edəcək. Akademiyadan verilən məlumata görə, tədbirdə Belarus, Gürcüstan, Avstriya, Moldova, Yunanıstan, Fransa, Çexiya, Almaniya, Latviya, Finlandiya və digər ölkələrdən mütəxəssislərin iştirakı gözlənilir.
Qeyd edək ki, “İncoNetEaP” proqramı ilə AMEA elmi müəssisələri arasında elmi istiqamətlərin müəyyənləşdirilməsi və əlaqələrin genişləndirilməsi planlaşdırılır.
Həqiqət İSABALAYEVA
28/04/14 Çap et