Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində oyun pərəstişkarlarının sayı 500 milyonu ötüb


Dünyanın başqa ölkələri ilə müqayisədə Çində videooyun auditoriyasının böyük olması heç kimə sirr deyil və hər il artmağa davam edir. Bu yaxınlarda keçirilmiş “Games Marketing Summit 2014” konfransı çərçivəsində “EEDAR” şirkəti Çinin videooyun bazarı ilə əlaqədar tədqiqatlarını təqdim edib. Məlum olub ki, Çində qeymerlərin sayı 517 milyonu ötüb.

“ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, qeymerlərin 28%-i gün ərzində 1 saatdan çox vaxtlarını oyun arxasında keçirirlər,  9,7%-i onlara pul xərcləyir. Çində videooyun pərəstişkarlarının əsas auditoriyası fərdi kompüter sahibləri və mobil qurğu istifadəçiləridir.

Lakin yaxın gələcəkdə bu statistika dəyişə bilər, çünki cari ilin əvvəlində Çin hökuməti ölkə ərazisində xarici oyun konsollarının satışına qoyulmuş qadağanı ləğv edib.

Emil Hüseynov




28/04/14    Çap et