Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropalılar hansı mobil əməliyyat sisteminə üstünlük verir?
“Kantar” analitik şirkətinin məlumatına görə, 2014-cü ilin birinci rübündə Avropanın beş əsas bazarında (Almaniya, İtaliya, Böyük Britaniya, İspaniya və Fransa) “Windows Phone” (WP) əməliyyat sisteminin payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq 8,1% təşkil edib. Bazarın 70.7%-nə nəzarət edən “Android” mobil əməliyyat sistemi lider olaraq qalır.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, populyarlığına görə ikinci mobil ƏS-i 19,2% bazar payına sahib “iOS” platformasıdır. Bu sistem bir ildə İtaliyada 7% itirib, Böyük Britaniyada isə 3,4% artım olub.
“BlackBerry” sistemi Avropada aşkar autsayderdir, payı sıfra yaxınlaşır. Yalnız Almaniyada qismən mövqeyini saxlayıb.
Emil Hüseynov
28/04/14 Çap et