Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ hakimiyyəti istifadəçiləri “Internet Explorer” brauzerindən imtinaya səsləyir


ABŞ Daxili Təhlükəsizlik Nazirliyi istifadəçiləri “Internet Explorer” brauzerindən imtinaya səsləyib. Bu haqda xəbər nazirliyin rəsmi saytında dərc edilib.
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, brauzerdə aşkar edilmiş boşluq səbəb kimi göstərilib. Bu problem “Internet Explorer 6”dan başlayaraq brauzerin bütün versiyalarına aiddir. Nazirlik qabaqlayıcı tədbir kimi istifadəçiləri “Microsoft EMET” təhlükəsizlik alətlərini aktivləşdirməyi məsləhət görüb.
 
Emil Hüseynov




29/04/14    Çap et