Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Acer” daşınan qurğular bazarına daxil olur


"Acer" brendinə məxsus fitnes-qolbaq formasında ilk daşınan qurğular cari ilin ortasında ictimaiyyətə təqdim ediləcək.
 
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, Tayvanın "Acer" şirkəti bu yaxınlarda kiçik ekranlı "ağıllı" qolbaq istehsal edəcək. Qurğu smartfon və ya planşet kimi mobil qurğularla əlaqəli şəkildə işləyəcək.
 
Artıq "Sony" və "Samsung Electronics" kimi şirkətlər də "ağıllı" saat və qolbaq yarışına qoşulub. "Google" isə "ağıllı" eynək seqmentində liderliyi ələ keçirməyə çalışır.
 
"IDC" analitik şirkətinin proqnozuna əsasən, 2014-cü ildə daşınan elektronikanın qlobal tədarük həcmi 19 milyonu ötəcək və  yaxın bir neçə ildə artım davam edəcək. 2018-ci ildə bu bazarda təxminən 112 milyon daşınan qurğu mövcud olacaq.
 
Emil Hüseynov
 
 




29/04/14    Çap et