Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans keçiriləcək


Sabah Bakıda “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans təşkil olunacaq.
 
 "ICTnews" xəbər xidmətinin məlumatına görə, tədbir Azərbaycan Hüquqşünasları Konfederasiyası və Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyasının, Böyük Britaniya və Uels Hüquqşünaslar  Cəmiyyəti Azərbaycan Respublikası  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutacaq.
 
 Beynəlxalq konfransın işində iştirak etmək məqsədi ilə ölkəmizə çox nüfuzlu hüquq birliklərinin rəhbərləri səfər edəcək. Bu şəxslər sırasında Böyük Britaniya və Uels Hüquqşünaslar  Cəmiyyətinin prezidenti Nikolas Flak, Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədri Adrian Hages, Türkiyə-Britaniya Ticarət Palatasının sədri Emma Edhem və sair tanınmış şəxslər var.
 
Bundan başqa, sözügedən tədbirdə milli hüquq ictimaiyyətinin də nüfuzlu nümayəndələri iştirak edəcək.
 
Seymur




29/04/14    Çap et