Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Polis pilotsuz uçan aparatdan gizlicə bütün şəhəri izləyib


Los-Anceles şəhərətrafı qəsəbə polisi kütləvi izləmə texnologiyasının məxfi sınaqlarını keçirərək pilotsuz uçan aparatdan bütün şəhər ərazisinin sutkalıq müşahidəsini təşkil edib. Hadisə 2012-ci ildə Komptonda baş versə də, bu barədə yalnız indi məlum olub.  

Komptonun ərazisi 26 км2 təşkil edir. Bu ölçülü ərazinin yeganə uçan aparatın yüksək təsvir ölçülü kamerası ilə əhatə olunması mümkündür. Polis təsvirləri real vaxt rejimində alıb və istənilən təsvirin fraqmentini zummer etmək imkanına malik olub. Başqa sözlə, hüquq-mühafizə orqanları şəhərdə hər bir insanın hərəkətini asanlıqla izləyə bilib, sakinlərin isə bundan xəbəri olmayıb.

Pilotsuz uçan aparatlar istehsalçısı "Persistent Surveillance Systems" şirkəti videomaterialın daimi yazılmasını təmin edir və aparatların avtonom rejimdə 6 saatlıq işinə zəmanət verir, - "Xaker www.xakep.ru" yazır.





29/04/14    Çap et