Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransada “Bitcoin” virtual valyutası ilə aparılan əməliyyatlara vergi tətbiq ediləcək


Fransada “Bitcoin” elektron kriptovalyutasının rəsmən tanınmamasına baxmayaraq onunla aparılan əməliyyatlardan əldə olunan gəlirlərə vergi tətbiq ediləcək. Belə ki, Fransa İqtisadiyyat və Maliyyə Nazirliyi bəyan edib ki, “Bitcoin” virtual valyutasından istifadə edənlər öz gəlirləri haqqında vergi bəyannamələrini vergi orqanlarına təqdim etməlidirlər.

Fransa nazirliyinin qərarı ABŞ Vergi İdarəsinin (Internal revenue service, IRS) “Bitcoin”i səhm və digər qeyri-material aktivlər kimi əmlaka bərabərləşdirən qərarının oxşarıdır. 
Buradan belə məlum olur ki, “Bitcoin”lərin satışı zamanı istifadəçilər onlardan əldə etdikləri gəlirdən vergi ödəməli olacaqlar.

Bununla yanaşı, müəyyən fərqlər də var. Məsələn, ABŞ-dan fərqli olaraq Fransada kiçik məbləğdə qazanc əldə edənlər və ya bu əməliyyatlarla mütəmadi məşğul olmayanlar üçün vergi ödənişi nəzərdə tutulmur.
“Bütün vergiödəyiciləri öz gəlirləri, o cümlədən xaricdən daxil olan gəlirlər haqqında bəyannamə təqdim etməlidirlər”, - deyə Fransa nazirlik nümayəndəsi bildirib.

“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, -   “3DNews www.3dnews.ru” yazır.




29/04/14    Çap et