Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“4K” formatlı panellərin 90 faizi Tayvan və Koreyada istehsal olunur


Televizor maye-kristal panellər bazarında aparılan son təhlillərə əsasən, Tayvan istehsalçılarının“4K Ultra HD” bazarında 50 faizlik dünya istehsal payı ilə liderliyi davam edir. Sonrakı yerdə Çin şirkətləri üçün daxili bazarın tələblərinə cavab verən yeni seriyalı “4K” panellərin buraxılması sayəsində payı 40 faiz artan Cənubi Koreya şirkətləri qərarlaşıb. Çin istehsalçılarının dünya “Ultra HD” panellər bazarında payı 10 faiz təşkil edir.  
“Display Search” analitiklərinin fikrincə, mütləq lider Tayvanın dünya “Ultra HD” panellər istehsalının 58 faizinə nail olan “AU Optronics” və “Chi Mei Innolux” şirkətləridir. Bu məlumatlar hazırda digər analitik şirkət “Digi Times Research” tərəfindən də təsdiq edilir. Bu şirkət Tayvan istehsalçılarının dünya “Ultra HD” panellər istehsalının 50 faizinə sahib olduğunu bildirir.

Çinin “BOE Technology” və “China Star Oprtoelectronics” (CSOT) istehsalçıları rəqiblərindən xeyli geri qalaraq yaydan etibarən “8K” formatında maye-kristal panellərin istehsalına başlamaq niyyətindədirlər, - “HDTV www.hdtv.ru” yazır.




29/04/14    Çap et