Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkətinə yeni baş direktor təyin edilib


"Nokia" şirkətinin yeni baş direktoru Radciv Suri təyin edilib. O, Stiven Elopu əvəz edəcək, sonuncu isə "Microsoft Devices Group" bölməsinin vitse-prezidenti vəzifəsinə keçib.

Bu haqda "BBC News" yazır.

"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, Suri 1995-ci ildən "Nokia" şirkətində işləyir. O, mayın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq. Şirkətin keçmiş baş direktoru Stiven Elop, "Nokia"nın smartfonlar üzrə keçmiş vitse-prezidenti Co Xarlou daxil olmaqla top-menecerlərin əvvəlki tərkibi şirkəti tərk edərək "Microsoft Mobile"da işləməyə başlayacaq.

Emil Hüseynov
 




29/04/14    Çap et