Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşetlərin 66%-i “Android” əməliyyat sistemi ilə işləyir
“Strategy Analytics” analitik şirkətinin məlumatına görə, 2014-cü ilin birinci rübündə planşetlərin qlobal tədarük həcmi 57,6 milyona çatıb. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə tədarükün həcmi 19% yüksəlib.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Android” platforması planşet bazarında əsas əməliyyat sistemi adını qoruyub saxlayır. İndi planşetlərin 66%-i “Google”un sistemi ilə işləyir. “Strategy Analytics” şirkətinin ilkin hesablamasına əsasən, ötən rüb istehsalçılar “Android” ƏS ilə işləyən 37,9 milyon planşet tədarük ediblər.
Rübün nəticəsinə görə, “iPad” planşetinin göstəriciləri analitiklərin gözləntilərindən aşağı olub: tədarükün həcmi 16,4 milyon təşkil edib ki, bu da ötən illə müqayisədə 16% azdır. Nəticədə “iOS” platformasının payı 40,3-dən 28,4%-dək azalıb.
Emil Hüseynov
29/04/14 Çap et