Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cənub bölgəsinin iki kəndində səyyar poçt xidməti göstərilib
“Azərpoçt” MMC Masallı rayonunun Şatroba və Lerik rayon Hamarmeşə kənd sakinləri üçün səyyar poçt xidməti təşkil edib.
Cəmiyyətdən verilən məlumata görə, sakinlərə qısa vaxt çərçivəsində yüksək səviyyədə xidmət göstərmək üçün səyyar poçt avtomobili vasitəsilə poçt-maliyyə xidmətləri göstərilib.
Qeyd edək ki, “Mobil xidmət” respublikanın poçt şöbəsi olmayan ərazilərində əhalinin poçt, eləcə də, maliyyə xidmətlərindən rahat istifadəsi üçün nəzərdə tutulub.
CAHANGİR
29/04/14 Çap et