Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyada genişzolaqlı internet istifadəçilərinin sayı 50%-i ötüb


“Telecom Daily” analitiklərinin məlumatlarına əsasən, cari ilin birinci rübünün nəticəsinə əsasən, Rusiya internet istifadəçilərinin 50,4%-i genişzolaqlı internet çıxışına malikdirlər. Rusiyada ilk dəfə genişzolaqlı internetin nüfuzetmə səviyyəsi 50%-i ötüb.

Xatırladaq ki, 2013-cü ilin nəticəsinə görə, Rusiya internet istifadəçilərinin 49.5%-i genişzolaqlı internetə çıxışa malik olub.

“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, analitiklər bildirirlər ki, Rusiyanın böyük şəhərlərində genişzolaqlı internetin nüfuzetmə səviyyəsi 80%-ə çatır, halbuki kiçik yaşayış məskənlərində 40%-i əhatə etmir.

Emil Hüseynov




29/04/14    Çap et