Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” Obamanın təşəbbüsün dəstəklədi


“Microsoft” korporasiyası məktəblilərin “Windows” əməliyyat sistemi ilə işləyən kompüterlərə sahiblənməsinə kömək etmək üçün 1 milyard dollar xərcləyəcək. Şirkətin rəsmi bəyanatına istinad etmiş “CNET” nəşri bu haqda yazıb.

“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “Microsoft Education” texnologiyaları üzrə direktor Evans Kameron deyib ki, ABŞ şagirdlərinin hamısı texnologiyalara çıxış imkanına malik deyil. Şirkət məhz bu problemi həll etmək niyyətindədir.

“Microsoft” və onun tərəfdaşları (Acer, Asus, Dell, Fujitsu, HP, Lenovo, Panasonic və Toshiba) ABŞ məktəblilərinə “Windows” əsaslı kompüterləri güzəştlə təşkil edəcəklər. Kompüterlərin qiyməti 300 dolları ötməyəcək.

ABŞ hökuməti, həmçinin təhsildə texnoloji sistemlərin inkişafında maraqlıdır. Prezident Barak Obama bundan əvvəl “ConnectED” təşəbbüsünü irəli sürüb. Nəticədə məktəblilərin 99%-i yüksəksürətli internetə çıxış əldə etməlidir.

Emil Hüseynov
 

 
 




29/04/14    Çap et