Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Böyük Britaniyada “.london” zonasında ünvanların satışına başlanılıb
Artıq dünəndən etibarən istənilən şəxs saytını ".london" zonasında qeydiyyatdan keçirə bilər. Amma ilk üç ayda Londonda fəaliyyət göstərən təşkilat və brend sahiblərinə üstünlük veriləcək.
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən "ICANN" (internetdə domen adları və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) ilə "Dot London Domains Ltd" şirkəti arasında müqavilə ötən il noyabrın ortalarında imzalanıb. Şəhər meri Boris Conson deyib ki, ".london" domeninin işə salınması Londonun internetdə populyarlaşması üçün çox gözəl imkan olacaq ki, bu da şəhər iqtisadiyyatına qoyulacaq investisiyaların artması ilə nəticələnəcək.
Emil Hüseynov
30/04/14 Çap et