Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Webby Awards 2014” mükafatının qaliblərinin adları açıqlanıb


Ən yaxşı veb-layihələri seçən “Webby Awards 2014” 18-ci illik beynəlxalq internet mükafatının qaliblərinin adları elan edilib. Bu barədə tədbirin rəsmi saytında deyilir.       

"Webby Awards”ın qalibləri ənənəvi olaraq iki kateqoriyaya bölünür: münsiflər heyətinin və istifadəçilərin seçimi. Komissiyanın tərkibinə "Tumblr” mikrobloqlar servisinin təsisçisi Devid Karp, aktyor Kevin Speysi və media maqnatı Arianna Hafiqton daxil olmaqla Beynəlxalq Rəqəmli Sənət və Elm Akademiyasının (International Academy of Digital Arts and Sciences) münsifləri daxildir. 200 ölkə istifadəçisinin iştirak etdiyi açıq səsvermə aprelin 24-də başa çatıb.

Bu il daha çox “Vice Media” (7), “Google” (5) və “Tumblr” (4) layihələri mükafata layiq görülüb. Ən yaxşı biznes bloqu ardıcıl üçüncü il “Mashable” portalı, ən yaxşı əyləncəli kanal -“Vimeo”, ən yaxşı sosial servis - "Tumblr”, ən yaxşı səyahət sayt və əlavəsi - "Airbnb” seçilib.

İlin tərəqqisi kimi “Kickstarter” maliyyələşdirmə servisi seçilib. Servisin köməyi ilə son aylar çoxlu film, kitab, oyun, texnoloji “start up”ların təqdimatı olub. Dizayn və istifadəçi təcrübəsinə görə “Twitter” servisinin "Medium” platforması mükafata layiq görülüb.

Bundan başqa, "Vine” ən yaxşı servis seçilməklə mükafat alıb.  

1996-cı ildə təsis edilən “Webby Awards” beynəlxalq peşəkar internet mükafatı hər il dünyanın ən yaxşı veb-layihələrinə, o cümlədən saytlara, internet-reklam, şəbəkə videoçarxlarına, servis və mobil telefonlar üçün veb-səhifələrə təqdim olunur, - “TJournal www.tjournal.ru” yazır.  
 




30/04/14    Çap et