Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin proqram təminatının hazırlanması üzrə tender elan edilib


Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin proqram təminatının hazırlanması üzrə açıq tender elan edib.

Bir lot üzrə keçirilən tenderdə iştirak haqqı 500 manat təşkil edir. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) iyunun 5-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə iyunun 11-dək nazirliyə təqdim etməlidirlər.

Tender proseduru iyunun 12-də keçiriləcək. Prosedurda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
Aynur Vəliyeva




30/04/14    Çap et