Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha bir bank müştərilərinə kreditlərin onlayn ödənişi xidmətini təqdim edib
“Bank Standard” "AzeriCard" prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində bankın veb-saytında onlayn kredit ödəmələrin həyata keçirilməsi imkanı yaradılıb.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, artıq bankın müştəriləri plastik kart vasitəsi ilə heç bir yerə getmədən, sadəcə “www.bankstandard.com” və ya “www.azericard.com” veb-saytına daxil olaraq real vaxt rejimində öz kredit borclarını ödəyə bilərlər.
Xidmət vasitəsi ilə müştərilər hesaba mədaxil əməliyyatı da apara bilərlər. Bu əməliyyatların aparılmasına görə müştərilərdən heç bir komissiya tutulmur.
Bundan başqa, rahatlıq üçün müştərilərə, onların arzu etdikləri halda həyata keçirdikləri əməliyyatın təfərrüatları haqqında məlumat onların elektron ünvanına da göndərilə bilər.
Aynur Vəliyeva
30/04/14 Çap et